Nazir söz verdi

7 İyun 2013 21:31 (UTC+04:00)


İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar qarşıdan gələn prezident seçkilərinin şəffaf keçiriləcəyinə söz verib.Bu barədə o, Tehranda cümə namazı zamanı bildirib.

O deyib ki, heç bir partiya seçkilər prosesinə təsir edə bilməz.

Nəccar, həmçinin qeyd edib ki, İslam İnqilabından sonra keçirilən bütün seçkilər şəffaf olub: "Növbəti cümə günü bütün dünya İran xalqının seçkilərdəki iştirakını izləyəcək".

İranda 11-ci prezident seçkiləri 14 iyun 2013-cü ildə keçiriləcək.

AzNews.az