Qarabağda istiqrazlar dövriyyəyə buraxılacaq

11 Dekabr 2020 17:39 (UTC+04:00)

“Azərbaycanda əhalidən pulun yığılması, dövriyyəyə cəlb edilməsi ilə bağlı müxtəlif mexanizmlər var”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Mirkişili deyib.

O bildirib ki, hökumətdə yeni bir mexanizmin hazırlığı da gedir: “Bu, Qarabağda istiqrazların dövriyyəyə buraxılması ilə bağlı olacaq. İnanıram ki, bu öz effektini ən qısa zamanda verəcək”.