İlin ən yaxşı baş məşqçisi adına son 3 namizəd

11 Dekabr 2020 22:24 (UTC+04:00)

FİFA ilin ən yaxşı baş məşqçisi adına namizədlərin yenilənmiş siyahısını açıqlayıb.

AzNews.az xəbər verir ki, “The Best” mükafatına iddialıların sayı 3-ə endirilib.

Bunlar İngiltərə “Liverpul”undan Yurgen Klopp, “Lids”dən Marselo Byelsa və Almaniya “Bavariya”sından Hansi Flikdir.

Qeyd edək ki, “The Best” mükafatı dekabrın 17-də təqdim olunacaq.