Türkiyədə zəlzələ oldu

11 Dekabr 2020 20:54 (UTC+04:00)

Türkiyənin Balıkesir şəhərində 4,1 bal gücündə zəlzələ olub.

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ mərkəzi Susurluk rayonunda 7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və itki barədə hər hansı məlumatın daxil olmadığı bildirilir.