Türkiyədə koronavirusdan ölənlərin sayı artır

11 Dekabr 2020 22:07 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 226 nəfər dünyasını dəyişib, 5607 simptomatik olmaqla 32106 pasiyent COVİD xəstəsi kimi qeydiyyata alınıb.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 15,971-ə, yoluxanların sayı isə 458,109-a çatıb.

Ümumilikdə 20 milyondan çox insan test olunub.