ABŞ Senatı Türkiyəyə qarşı sanksiyalar layihəsini qəbul etdi

12 Dekabr 2020 09:01 (UTC+04:00)

ABŞ Senatı Türkiyəyə “S-400” raketdən müdafiə sistemlərini satın aldığı üçün sanksiyaların tətbiqinə yol açan Milli Müdafiə Səlahiyyət Qanununu (NDAA) qəbul edib.

AzNews.az xəbər verir ki, Nümayəndələr Palatası Donald Trampın veto qoyacağını söylədiyi qanun layihəsini 11-ə qarşı 79 səslə qəbul edib. Səs çoxluğu yüksək olduğu üçün Tramp veto hüququndan məhrum edilir.

Qeyd edilib ki, qərarın qüvvədə olmasından sonrakı 30 gün ərzində Türkiyə Rusiyadan “S-400” müdafiə sistemini aldığı üçün sanskiya tətbiq ediləcək.