Rusiya ordusunda kütləvi peyvəndlənmə başladı

12 Dekabr 2020 11:22 (UTC+04:00)

Rusiyada 20 gün ərzində 100 mindən çox əsgərə koronavirus peyvəndi tətbiq ediləcək.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazir Sergey Şovqu bir neçə gün öncə orduda kütləvi vaksin vurulma prosesinin başlandığını, 2500-dən çox əsgərə Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin vurulduğunu açıqlayıb.

Nazirliyin sözçüsü İqor Konaşenkov isə qeyd edib ki, peyvəndin əsgərlərə vurulması üçün 300 nəfərdən ibarət səhiyyə qrupu yaradılıb: “Rusiya müdafiə naziri Sergey Şoyqunun təsdiqinə və planına görə, 2020-ci ilin sonunadək 100 min əsgərə vaksin vurulacaq”.

Qeyd edək ki, Rusiyada peyvəndin vurulması ötən gündən başlayıb və 150 mindən çox mülki şəxsə tətbiq edilib.