Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı

12 Dekabr 2020 16:25 (UTC+04:00)

Komendant postunda saxlanılan şəxsdə səs siqnalı üçün nəzərdə tutulan tapança aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, Sumqayıt şəhəri ərazisində qurulmuş komendant postunda Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Abbasovun idarə etdiyi “BMW” markalı avtomobil saxlanılıb.

Yoxlama zamanı polis əməkdaşları K.Abbasovdan “Umarex 343-C1866” markalı səs siqnalı üçün nəzərdə tutulan tapança aşkar edərək götürüblər.