Bayramovla Lavrov arasında telefon danışığı olub

12 Dekabr 2020 17:30 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.

AzNews.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli bəyanatın həyata keçirilməsi məsələlərini müzakirə edib.

“Beynəlxalq və ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin bəyanatının həyata keçirilməsinin praktik vəzifələri müzakirə edilib”, - məlumatda qeyd olunub.