Bir gündə 4 mindən çox xəstə koronavirusdan sağaldı

12 Dekabr 2020 18:22 (UTC+04:00)

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4 268 yeni yoluxma faktı qeydə alınıb, 4 085 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 43 nəfər “COVID-19”dan vəfat edib.