Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyaya işgüzar səfərə yola düşüb.
AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Onun Moskvada Rusiya Müdafiə Nazirliyinin rəhbəri general Sergey Şoyqu və digər yüksək vəzifəli şəxslərlə görüşü planlaşdırılıb”, - məlumatda deyilir.