Ermənistanda keçmiş nazir saxlanıldı

12 Dekabr 2020 22:19 (UTC+04:00)

Ermənistanın keçmiş təbiətin mühafizəsi naziri Vardan Ayvazyan saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə “News.am”a onun vəkili Miqran Poqosyan bildirib.

O qeyd edib ki, hələlik Ayvazyana qarşı ittiham irəli sürülməyib.

Vəkilin sözlərinə görə, Vardan Ayvazyan noyabrın 9-dan 10-na keçən gecə etiraz aksiyalarının təşkilində şübhəli bilinir.

Daha əvvəl Ermənistan MTN-in sabiq nazir Vardan Ayvazyanın mənzilində axtarış aparması barədə xəbər verilmişdi.