Bakıda gənc qız özünü 5-ci mərtəbədən atdı

12 Dekabr 2020 23:21 (UTC+04:00)

Bakıda intihar hadisəsi baş verib.

AzNews.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Nəsimi rayonunun 4-cü mikrorayon, 20 yanvar küçəsində qeydə alınıb.

Yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atan gənc qız hadisə yerində dünyasını dəyişib.

Hadisənin təfərrüatı rayon prokurorluğu tərəfindən araşdırılır.