Moskvada koronavirus qurbanlarının sayı açıqlandı

13 Dekabr 2020 09:43 (UTC+04:00)

Moskvada son sutka ərzində daha 72 nəfər koronavirusdan dünyasını dəyişib.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 9 870-ə çatıb.

Moskvada ümumilikdə 685,8 minə yaxın insan koronavirusa yoluxub, 524,8 minə yaxın pasiyent xəstəliyə qalib gəlib.