Gürcüstanda 2720 yeni yoluxma qeydə alınıb

13 Dekabr 2020 12:07 (UTC+04:00)

Gürcüstanda son sutkada 46 nəfər koronavirusdan ölüb, 2720 nəfərdə isə virus aşkarlanıb.

AzNews.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bununla da ölkədə COVİD-ə yoluxanların ümumi sayı 189 726-ya, ölənlərin sayı isə 1790-a çatıb.

Son sutkada 3 942, ümumilikdə 158 183 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Gürcüstanda ilk yoluxma faktı fevralın 26-da qeydə alınıb.