Bu gün də koronavirusdan sağalanların sayı 4 mini keçdi

13 Dekabr 2020 15:23 (UTC+04:00)

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4451 yeni yoluxma faktı qeydə alınıb, 4283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 39 nəfər “COVID-19”dan vəfat edib.