Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var

13 Dekabr 2020 16:12 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.

AzNews.az xəbər verir ki, bu barədə “Pajvok” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə nəticəsində ölənlər var. “Kabildə baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, həmin sayda da insan yaralanıb”, - xəbərdə bildirilir.

İlkin məlumata görə, həlak olanlar və xəsarət alanlar mülki şəxslərdir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.