Pakistanda törədilən partlayış nəticəsində 25 nəfər xəsarət alıb

13 Dekabr 2020 16:50 (UTC+04:00)

Pakistanda polis bölməsinin yaxınlığında törədilmiş partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.

AzNews.az xəbər verir ki, bu barədə "Samaa" telekanalı yerli polisə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Ravalpindi şəhərində baş verib. Xəsarət alanlar arasında uşaq da var. Azyaşlı da daxil olmaqla, zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır. Yaralılardan üçünə hadisə yerində tibbi yardım göstərilib.

Polisin ilki məlumatına görə, hadisə qumbara partlayışı ilə törədilib. Ərazi polis tərəfindən əhatəyə alınıb, təhqiqat aparılır.