Türkiyə ordusunun İraqdakı əməliyyat zamanı bir neçə terrorçu məhv edilib

13 Dekabr 2020 19:07 (UTC+04:00)

Türkiyənin Silahlı Qüvvələri xüsusi xidmət orqanları ilə birlikdə İraqın şimalında Qara ərazisində antiterror əməliyyatı keçirib

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, əməliyyat zamanı PKK terrorçularının mövqelərinə hava zərbələri endirilib. Zərbələr nəticəsində 5 terrorçu məhv edilib.

Nazirlik vurğulayıb ki, terrorçulara qarşı effektiv və qətiyyətli əməliyyatlar davam etdiriləcək.