İsrail daha bir ölkə ilə diplomatik münasibətlər qurub

13 Dekabr 2020 19:23 (UTC+04:00)

İsrail və Butan Krallığı münasibətləri normallaşdırmağa razı olublar.

AzNews.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik ölkələr arasında fəal diplomatik əlaqələrin qurulmasına dair müqavilə imzalandığını qeyd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu öz tvitter səhifəsində dövlətlər arasında əlaqələrin qurulmasını alqışlayıb və bunun sülh razılaşmalarının növbəti bəhrəsi olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrail və Mərakeşin diplomatik münasibətlər qurmaq barədə razılığa gəldiklərini elan etmişdi.