Tiflisdə daha bir atışma

13 Dekabr 2020 20:08 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tiflisdə növbəti dəfə silahlı qarşıdurma olub.

AzNews.az xəbər verir ki, budəfəki insident paytaxtın Nadzaldevi rayonunda baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsdən adam öldürməyə cəhd maddəsi ilə istintaq başlanıb, hələlik saxlanılan yoxdur.

Qeyd edək ki, dekabr ayında bu, üçüncü hadisədir.