“Borussiya” baş məşqçisini göndərdi

13 Dekabr 2020 20:53 (UTC+04:00)

Almaniyanın "Borussiya" klubu baş məşqçisi Lusyen Favrı istefaya göndərib.

AzNews.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisi rəsmi Tvitter səhifəsi məlumat yayıb.

Ötən gün Bundesliqanın 11-ci turunda evdə "Ştutqart"a 1:5 hesablı məğlubiyyətin ardından klub rəhbərliyi bu qərarı verib. İsveçrəli mütəxəssislə yanaşı, onun köməkçisi Manfred Stefes də göndərilib.

Favrı onun digər köməkçisi Edin Terziç əvəzləyib.

Qeyd edək ki, Lusyen Favr 2018-ci ildən "Borussiya"nı çalışdırırdı. Onun komandası hazırda 19 xalla Bundesliqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.