“Başakşəhər” evdə, “Beşiktaş” səfərdə uduzdu

13 Dekabr 2020 22:45 (UTC+04:00)

Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir.

AzNews.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

Lider “Alanyaspor” bu tur çərçivəsində “Beşiktaş”la qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Son çempion “Başakşəhər” isə “Qaziantep”lə ev oyunundan məğlub ayrılıb. “Ərzurumspor” da evdə “Gənclərbirliyi”nə minimal məğlub olub.

Türkiyə Super Liqası
12-ci tur

13 dekabr

Ərzurumspor – Gənclərbirliyi 0:1
Qol: S.Yılmaz, 81.

Başakşəhər – Qaziantep 1:2
Qol: Krivelli, 56 – Miralyas, 44. M.Demir, 74.

Alanyaspor – Beşiktaş 2:1
Qol: Bakasetas, 26-pen; 79 – Abubakar, 90-pen.