İtaliyada koronavirusdan ölənlərin sayı 64 mini ötüb

13 Dekabr 2020 23:54 (UTC+04:00)

İtaliyada son sutka ərzində 19903 koronavirusa yoluxma qeydə alınıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Qeyd edilib ki, ölkə üzrə ümumi yoluxma sayı 1825775-ə çatıb. Ölüm sayı isə son 24 saat ərzində 649 olub. Ümumilikdə bu rəqəm 64 036-ya yüksəlib.