“Qanuni oğru”nun həbsxana keyfi – ŞOK VİDEO

8 İyun 2013 07:59 (UTC+04:00)


"Qanuni oğru" Tenqiz Potinskinin internetdə yayılan kadrları izlənmə rekordu qırır. Bu kadrlarda qətl və soyğunda ittiham edilərək cəzasını ciddi rejimdə çəkməklə 17 il azadlqıdan məhrum edilən "qanuni oğru"nun həbsxanadakı həyat şəraiti əksini tapıb.

2005-ci ildə həbs edilən Tengiz Potinski kriminal aləmdə bədənindəki çoxsaylı döymələrə görə "döyməli Tengiz" də adlandırılır.

Kadrlardan da göründüyü kimi "qanuni oğru" ciddi rejimli həbsxanada təkadamlıq kamerada saxlanılmalı olsa da, o, hansısa həbsxanada hər cür şəraiti olan xüsusi nömrədə saxlanılır. Onun otağı televizor, kompyuter, mobil telefon ilə təchiz edilib. Naməlum gənclər onun qulluğunda dayanır, bütün istəklərini yerinə yetirirlər.

Çəkiliş zamanı polis əməkdaşlarının "qanuni oğru" ilə kifayət qədər ehtiyatlı davrandığı, ikincinin isə onlara qarşı hətta söyüşdən istifadə etdiyi məlum olur. Məhkumlar hətta çəkiliş aparan şəxsə hücum edirlər.

Hələlik kadrların məhz hansı cəzaçəkmə məntəqəsində çəkildiyi barədə məlumat verilmir. Bununla yanaşı həbsxanadakı "qanuni oğru"ların komfort şəraitdə yaşadığı bildirilir.




Elnur
AzNews.az