Yaşadığı ünvandan çıxan daha bir COVID-19 xəstəsi müəyyən edildi

14 Dekabr 2020 14:45 (UTC+04:00)

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus testi pozitiv çıxmış və ev şəraitində müalicə təyin edildiyi halda rayon sakini S. Əliyev karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi aşkar edilib.

Onun özünə məxsus mağazada faəliyyət göstərərək koronavirus xəstəliyinin yayılmasına real təhlükə yaratdığı müəyyən edilib. RPŞ-nin əməkdaşları həmin şəxslə profilaktiki səpkidə söhbətlər aparıb, karantin rejiminin tələblərinə riayət edilməsinin vacibliyi onun diqqətinə çatdırılıb.

S.Əliyev tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Yevlax RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.