Biznes qurmaq istəyən sahibkarların nəzərinə

14 Dekabr 2020 19:23 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq istəyən sahibkarlara müraciət edib.

AzNews.az-a daxil olan məlumatda bildirilir: “Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair informasiya, məsləhət, əlaqələndirmə və digər dəstək və xidmətlər göstəriləcəkdir.

İşğaldan azad olunmuş ərazilərdə biznes qurmaq istəyən sahibkarlar müvafiq formanı (https://bit.ly/37dIt12) doldurmaqla KOBİA-ya (ayaz.adilov@smb.gov.az) təqdim etməlidirlər.

Əlavə məlumat üçün: (+994) 50 551 52 53 və (+994) 55 500 12 30, Ayaz Ədilov”.