Britaniyada 1000-dən çox insanda yeni növ koronavirusa rast gəlinib

14 Dekabr 2020 23:58 (UTC+04:00)

Böyük Britaniyada koronavirus infeksiyasının yeni növü aşkarlanıb.

AzNews.az xəbər verir ki, bu barədə səhiyyə naziri Mettyu Henkok verdiyi açıqlamada deyib.

O bildirib ki, İngiltərənin cənub şərqində yeni növ koronavirusa 1000-dən çox insanda rastlanıb və virusun bu ərazilərdə daha sürətlə yayılmasının səbəbi də koronavirusun bu yeni növüdür.

M.Henkok Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni növ koronavirus barədə məlumat verildiyini və hökumət alimlərinin bunu araşdırdıqlarını bildirib.

“Onu vurğulamaq istərdim ki, yeni növün daha ciddi bir xəstəliyə səbəb olacağını düşündürəcək bir əsas yoxdur”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, 16 dekabrdan etibarən London da daxil olmaqla İngiltərənin cənub şərqindəki bəzi bölgələrdə yenidən karantin qaydaları tətbiq edilməyə başlanacaq.