MİDA 9 milyon manatlıq tenderə yekun vurub

15 Dekabr 2020 10:15 (UTC+04:00)

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 18,8 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

AzNews.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "İdeal" TM MMC-dir.

Qalib şirkətə 9,115 milyon manat ödəniləcək.