Azərbaycanda bələdiyyənin adı dəyişdirilir

15 Dekabr 2020 11:45 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

AzNews.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsinin Günəşli bələdiyyəsi ilə əvəz edilməsi nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.