Qocalar evində yanğın - 11 nəfər öldü

15 Dekabr 2020 13:15 (UTC+04:00)

Rusiyanın Başqırdıstan Respublikasındakı qocalar evində yanğın baş verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İsbuldino kəndində 16 nəfərlik birmərtəbəli binada başlayan yanğında 11 nəfər vəfat edib, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Nəzarətə alınan yanğınla bağlı istintaq başladılıb. Qocalar evinin lisenziyası olmadığı və özəl yaşayış yeri kimi istifadə edildiyi məlum olub.

Səidə

AzNews.az