AMADA "YAŞAT" fonduna pul köçürdü

15 Dekabr 2020 17:15 (UTC+04:00)

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları öz təşəbbüsləri ilə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda yaralananlara və şəhid olanların ailələrinə dəstək məqsədi ilə ianə aksiyası həyata keçirib.

AzNews.az-ın məlumatına görə, AMADA-nın bütün əməkdaşları öz əməkhaqlarından ümumilikdə 15 500 manat vəsaiti könüllü olaraq "YAŞAT" fonduna köçürüb.

AMADA kollektivi döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına başsağlığı verir.