Prezidentdən Ramiz Rövşənə ad günü hədiyyəsi

15 Dekabr 2020 18:35 (UTC+04:00)

Prezident İlham Əliyev Xalq şairi Ramiz Rövşənə ev hədiyyə edib.

AzNews.az xəbər verir ki, "Real İntervu"ya danışan Ramiz Rövşən buna görə dövlət başçsına minnətdarlığını bildirib:

"Gözlənilməz hədiyyələr həmişə xoşdur. Mənzil də insanı sevindirən hədiyyədir. Amma mənim üçün ən böyük hədiyyə o Qarabağ torpaqlarının işğaldan azad edilməsidir. O hədiyyəni də mənə başda Ali Baş Komandan olmaqla, Azərbaycan Ordusu bağışladı. Bu, mənim sənətimə edilən hörmət, verilən qiymətdir. Buna görə təşəkkür edirəm".

Qeyd edək ki, bu gün Ramiz Rövşənin 74 yaşı tamam olur.