Onlar da general oldu

15 Dekabr 2020 20:16 (UTC+04:00)

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

AzNews.az-ın məlumatına görə, Sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:

general-mayor ali hərbi rütbəsi

polkovnik Elçin Şirxan oğlu Adıgözəlov

polkovnik Etibar Rəsul oğlu İsmayılov

daxili xidmət general-mayoru ali xüsusi rütbəsi

daxili xidmət polkovniki Hikmət Mərdan oğlu Abbasov