Gələcək Azərbaycan Partiyası dövlət qeydiyyatına alınıb

15 Dekabr 2020 21:05 (UTC+04:00)

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib və qeydiyyat məsələlərinə də baxılıb.

Bu barədə AzNews.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Gələcək Azərbaycan Partiyasının müraciəti əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu nazirlikdə öyrənilərək Kollegiyada partiyanın, habelə bir sıra qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması barədə qərar qəbul olunub.