Standartlaşdırma üzrə dövlət fondu yaradılıb

15 Dekabr 2020 22:54 (UTC+04:00)

Nazirlər Kabineti “Standartlaşdırma üzrə dövlət fondunun təşkili, saxlanması, aktuallaşdırılması və mühafizəsi Qaydası”nı təsdiq edib.

AzNews.az-ın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar Azərbaycan Respublikası Prezidentinin fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

“Qayda”da milli standartlaşdırma qurumu tərəfindən idarə olunan dövlət fonduna daxil edilmiş dövlət standartlarının, texniki şərtlərin, standartlaşdırma üzrə beynəlxalq standartların və onların tətbiqi qaydalarının prosedurları tənzimlənir.

Dövlət fondu standartlaşdırma üzrə normativ sənədlərdən istifadə edən və bu sahədə normativ sənəd hazırlayan dövlət qurumlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətinin səmərəliliyini yüksəldəcəkdir.