Ermənistan XİN başçısı Brüsselə səfər edəcək

16 Dekabr 2020 12:45 (UTC+04:00)

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan Brüsselə səfər edəcək.

AzNews.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Ermənistan XİN başçısı Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borellə birgə dekabrın 17-də Ermənistan-Aİ Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.