“AYB kəmiyyətcə şişdiyindən qeyri-peşəkar quruma çevrilib“

8 İyun 2013 09:02 (UTC+04:00)
Son günlər ədəbi həyatda baş verənlərə tanınmış yazar, tərcüməçi, MKM-in eksperti Teharan Əlişanoğlu da münasibətini bildirib.

"Məni AYB-dən etiraz olaraq ərizə yazıb çıxmışam. 2004-cü ilin aprel ayında. İki səbəb göstərmişdim, AYB sədri Anara ərizəmdə: AYB-də gənclər siyasəti düz deyil, istedadlı gənclər birlikdən kənar qalır, yarınanlar yer tutur. AYB kəmiyyətcə şişdiyindən qeyri-peşəkar quruma çevrilib. Burda ədəbiyyat dəyərlərini qorumaq mümkünsüz olub. Mən sıravi üzv deyil, "Ədəbiyyat qəzeti"nin baş redaktor müavini olduğumdan məsuliyyət hiss edirdim. Ona görə də AYB-dən çıxmağa qərar verdim. Əslində, 1990-cı illər, SSRİ-nin dağılmasından sonra ora girmək fikrim də yox idi. Bunu köhnəlmiş təşkilat hesab edir və yazılarımda da yazırdım. Amma belə oldu ki, 1996-nın iyun ayında Anarın təşəbbüsü ilə məni "Ədəbiyyat qəzeti"nə cəlb etdilər. İki il yenə də quruma üzv olmadım. Gördüm narazılıqlar başlayır, fəaliyyət naminə 1998-də ərizə verib AYB-yə girdim. Amma təəssüf. Məni 1997-ci ildə olmuş X qurultay ərəfəsində birliyə cəlb etmişdilər. Elə bilirdim gəncləşməyə görədir. Amma iki qurultay arası (1997-2004) AYB-də olmaq bəs elədi ki, bu mexanizmin mahiyyətini anlayasan".

Şərif Ağayar və digərlərinin istefasına gəlkincə, T. Əlişanoğlunun cavabı qısa oldu: "O, ədəbiyyatətrafı çox "oynayır", niyəsini ən yaxşı özü bilir".//modern//

AzNews.az