Bakıda “Dəyişən Tezliklər“ konfransı keçirilir

8 İyun 2013 09:03 (UTC+04:00)
Bu gün Bakı "Jazz Center"də TEDxBakı "Dəyişən Tezliklər" konfransı keçirilir. Tədbiri Amerika səfirliyinin və Bakcell-in sponsorluğu ilə İzmedia Qrupun təşkil edib.

Xatırladaq ki, "Ted" qlobal intellektual şəbəkədir. Burada ideyalar, fikirlər, şəxsi hekayələr, bir sözlə, fərqli dəyərlər paylaşılır. İndiyədək dünyadakı ən böyük ideyalar məhz bu şəbəkədə yayılıb:

"Dünyada artıq 30 ildir ki, alimlər, siyasətçilər, sahibkarlar, mədəniyyət xadimləri və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirən TED - Technology, Entertainment, Design adlı konfrans keçirilir. Bölüşməyə dəyər fikirlər (Ideas Worth Spreading) ruhlu TED təcrübəsinin insanlar arasında yayılmasına xidmət edən və yerli imkanlardan yararlanan TEDx proqramı 2009-cu ilin mayından etibarən dünyanı dolaşmaqdadır. İndiyənədək planetin yüzlərlə şəhərlərində müstəqil TEDx tədbirləri keçirilmiş və bu təşəbbüslər durmadan artır. Proqram 2010-cu ildən Azərbaycanda da fəaliyyət göstərir. 1 milyondan artıq izləyicisi var@.

Ruhiyyə
AzNews.az