Nikol Paşinyanın atası ölüb

16 Dekabr 2020 16:15 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın atası Vova Paşinyan ölüb.

AzNews.az “Report”a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən 81 yaşında vəfat edib.

V.Paşinyan iki dəfə evli olub. Nikol birinci evlilikdən doğulub. Baş nazirin anası onun 12 yaşı olarkən ölüb.