Azərbaycandan Rusiyaya pomidor ixracı bərpa edilib

16 Dekabr 2020 17:30 (UTC+04:00)

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın bəzi müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.

AzNews.az-ın Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə qurumun məlumatlarında deyilir.

Bu gündən etibarən Xızı rayonunda qeydiyyatda olan “Aqroterm” MMC, dekbarın 17-dən etibarən isə daha dörd Azərbaycan müəssisəsi ixrac prosesini bərpa etmək hüququ əldə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə aşağıdakılar məhsullarını idxal edə biləcəklər: “Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul greenhouse” MMC (Hacıqabul rayonu).

Xatırladaq ki, dekabrın 10-dan etibarən “Rosselxoznadzor” məhsullarda zərərvericilərin aşkarlanması halları səbəbindən Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan etmişdi.