4 ağacı kəsib təbiətə 1560 manat ziyan vurdu

16 Dekabr 2020 18:06 (UTC+04:00)

Sumqayıt şəhəri, Sülh küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin regional idarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb və təsdiqini tapıb.

AzNews.az-ın məlumatına görə, Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 4 ağacın kəsildiyi və təbiətə 1560 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər Sumqayıt şəhər prokurorluğuna göndərilib.