“Taliban” heyəti Pakistanda

16 Dekabr 2020 18:21 (UTC+04:00)

“Taliban” üzvlərindən ibarət bir heyət Pakistana səfər edib.

AzNews.az xəbər verir ki, “Taliban” siyasi işlər başçısının müavini Molla Əbdül Qani Baradarın rəhbərlik etdiyi şəxslər Qətərdən Pakistanın paytaxtı İslamabada keçiblər.

“Taliban” nümayəndə heyətinin 3 günlük rəsmi səfər çərçivəsində Baş nazir İmran Xan və xarici işlər naziri Mahmud Hüseyn Qureyşi başda olmaqla yüksək vəzifəli şəxslərlə görüşü gözlənilir.

Davam edən Əfqan sülh prosesinə əlavə olaraq, qaçqınların Pakistana qayıdışı və sərhəd ticarətində əfqanların qarşılaşdıqları problemlər də müzakirə ediləcək.

“Taliban” son 4 ayda ikinci dəfə Pakistanı ziyarət edir.

Qeyd edək ki, bu il sentyabrın 12-də Əfqanıstanda sülhün əldə olunması üçün Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti və “Taliban”arasında danışıqlar aparılıb. 2 dekabrda razılıqla nəticələnən danışıqların ilk mərhələsindən sonra ikinci mərhələ başlayıb.

“Taliban” və Əfqanıstan nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi Əfqanıstandakı müharibəyə son qoymaq üçün 14 dekabrda 23 günlük dayandırılıb.