Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan baş çavuş

16 Dekabr 2020 19:23 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Babayev Orxan Sədail oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, O.Babayev 1994-cü ildə Astara rayonunun Kijəbə qəsəbəsində anadan olub.

O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, Orxan Babayev ölümündən sonta "Vətən uğrunda" medalı ilə təltif olunub.