Futbolda 5 əvəzetmə qaydasının istifadə müddəti uzadıldı

16 Dekabr 2020 22:05 (UTC+04:00)

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarına dəyişiklik edib.

AzNews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilədək uzadılıb.

Yeni qərar ökədaxili yarışlarda 2021-ci il dekabrın 31-dək qüvvədə olacaq. Beynəlxalq matçlarda isə 5 əvəzetmə qaydasından 2022-ci il iyulun 31-dək istifadə olunacaq.