Amerikada koronavirusdan ölənlərin sayı artır

16 Dekabr 2020 22:32 (UTC+04:00)

ABŞ-da koronavirusa yoluxanların sayı artmaqda davam edir.

AzNews.az xəbər verir ki, son sutkada 212,082 nəfər virusa yoluxub, son bir gündə 3,134 nəfər isə xəstəlikdən ölüb.

Koronavirusun başladığı dövrdən bu günə qədər ABŞ-da yoluxanların sayı 17,155,979-a, ölənlərin sayı 311,225- ə çatıb.

Ölkədə 225 milyon test aparılıb, 10 milyon insan isə bu xəstəlikdən sağalıb.