Pompeo karantinə alındı

16 Dekabr 2020 22:46 (UTC+04:00)

ABŞ-ın Dövlət Katibi Mayk Pompeo koronaviruslu xəstə ilə ünsiyyətdə olduğu üçün özünütəcrid rejiminə keçib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, Pompeonun test nəticəsi neqativ çıxıb.

Dövlət katibi həkimlərin xüsusi nəzarəti altında saxlanılacaq.