Çavuşoğlu Ukraynaya səfər edəcək

17 Dekabr 2020 15:45 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynaya səfər edəcək.

AzNews.az APA-ya istinadən xəbər verir ki görə, bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yüksək Səviyyəli Strateji Şuranın 9-cu iclasına hazırlıqları müzakirə etmək və iki ölkənin xarici işlər və müdafiə nazirlərinin iştirakı ilə keçiriləcək "2+2" formatında olacaq toplantıya qatılmaq üçün dekabrın 17-18-də Ukraynada səfərdə olacaq.

Səfər çərçivəsində M. Çavuşoğlu Ukraynadakı Krım Tatar, Qaqauz və Ahıska türklərinin təmsilçiləri ilə də görüşəcək.