Malyariyaya qarşı dərman - çirkli corab
8 İyun 2013 09:31 (UTC+04:00)
Mütəxəssislərin sözlərinə görə, malyariya ağcaqanadlarından qorunmağın yolu nə qədər qəribə səslənsə də çirkli corablardır.
Qeyd edək ki, indiyə qədər də malyariya planetdə qorxulu xəstəliklərdən biri hesab edilir. İldə bu xəstəlikdən 600 minə yaxın insan vəfat edir. Təhlükəyə baxmayaraq hələ də malyariyaya qarşı təsirli dərman vasitələri tapılmayıb.
Britaniya mütəxəssislərinin fikrincə, ağcaqanadlar corablardakı ayaq qoxusu və tər iyinə qarşı olduqca həssasdırlar. Onları insana cəlb edən də məhz bu olur. Mütəxəssislər bu faktdan ağcaqanadlara qarşı tələ kimi istifadə etmək niyyətindədir. Onlar belə düşünürlər ki, əgər ayaqdakı qoxusunun kimyəvi tərkibi müəyyənləşdirilərsə həmin tərkibi laboratoriya şəraitində hazırlamaq və ağcaqanadları bu vasitə ilə "zərərsizləşdirmək" mümkündür.
Elnarə
AzNews.az