Maradonanın cəsədindən DNT analizi götürüləcək

17 Dekabr 2020 20:08 (UTC+04:00)

Argentina məhkəməsi mərhum futbolçu Dieqo Maradonanın cəsədindən DNT analizi üçün nümunə götürülməsinə qərar verib.

AzNews.az Fransa mətbuatına istinadən xəbər verir ki, bir neçə şəxs Maradonanın övladı olduğunu iddia edir.

Bu səbəblə əfsanəvi futbolçunun cəsədindən DNT analizi üçün nümunə götürüləcək.

Qeyd edək ki, Maradona noyabrın 25-də vəfat edib.